Bank Of Baku

Bu il TANAP-la Azərbaycandan Türkiyəyə 790 mln. kubmetr qaz nəql edilib

Bu il TANAP-la Azərbaycandan Türkiyəyə 790 mln. kubmetr qaz nəql edilib
# 12 iyun 2019 12:32 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Trans-Anadolu qaz kəmər (TANAP) vasitəsilə Türkiyəyə 790 mln. kubmetr Azərbaycan qazı nəql edilib.

"APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, istifadədə olan bir il ərzində bu kəmərlə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR