Azərbaycana birbaşa xarici investisiyaların ÜDM-nə nisbəti azalacaq.
"APA-Economics" xəbər verir ki, bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.
BVF-nin proqnozuna görə, birbaşa xarici investisiyaların Azərbaycanın ÜDM-nə nisbəti 2022-ci ildə 3,4%, 2023-cü ildə 3,1%, 2024-cü ildə isə 2.9% azalacaq. 2025-ci ildə bu göstərici üzrə 2,7% , 2026-cı ildə 2,5%, 2027-ci ildə isə 2,2% azalma olacaq.