Türkiyə və Azərbaycan Bolqarıstan da daxil olmaqla cənub-şərqi Avropa ölkələrinə qaz tədarükü məsələsində kömək olmağa çalışır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bolqarıstanda iştirak etdiyi iftar süfrəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu məqsədlə TANAP-ın ötürmə gücünün ikiqat artırılmasına dair işlər davam edir.