Cəbrayılda GES-in tikintisi üçün müqavilə imzalanıb

Cəbrayılda GES-in tikintisi üçün müqavilə imzalanıb
# 01 mart 2024 17:32 (UTC +04:00)

Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə Anlaşma Memorandumu imzalanıb.

APA-Economics” xəbər verir ki, sənəd Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində imzalanıb.

Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR