Bank Of Baku

Nazir: "Cənub Qaz Dəhlizi" qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək

Nazir: "Cənub Qaz Dəhlizi" qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
# 04 oktyabr 2019 10:38 (UTC +04:00)

Azərbaycan “Cənub Qaz Dəhlizi” sayəsində enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi prioritetlərinə qlobal miqyasda töhfə veriləcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə çıxış edərək bildirib.

Onun sözlərinə görə, qarşıdakı iki il ərzində Azərbaycan qaz hasilatını 30 mlrd. kubmetrdən 46 mlrd. kubmetrədək çatdırmağa planlaşdırır. Bu da “Şahdəniz” qaz-kondensat yatağından başqa digər qaz yataqlarının işlənməsinə başlanmasını nəzərə alınmaqla proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 23,1 mlrd. kubmetr qaz hasil edilib. Bu, illik müqayisədə 18,8% çoxdur.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkədə 30,6 mlrd. kubmetr qaz hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR