Bank Of Baku

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artıb

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı 9% artıb
# 14 mart 2022 17:13 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 6 975,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 6,4% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 46,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 3 269,8 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,3%-lik artım).

Xatırladaq ki ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR