Bank Of Baku

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir
# 15 aprel 2022 15:47 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 769,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,7% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 46,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 026,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR