Bank Of Baku

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 12%-dən çox artıb

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 12%-dən çox artıb
# 02 noyabr 2023 13:08 (UTC +04:00)

Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 49 mln. dollar (ötən ilin müvafiq göstəricisinə bərabərdir), əsaslı xərclər isə 4,5 mln. dollardan çox olub (12,5% artım).

Bu barədə "APA-Economics" BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.

“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.

Bildirilir ki, ilin üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 mln. kubmetr olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR