Bank Of Baku

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri artıb

Cənubi Qafqaz Boru Kəmərinin xərcləri artıb
# 03 avqust 2023 13:34 (UTC +04:00)

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 39 mln. dollar, əsaslı xərclər isə 3 mln. dollardan çox olub, bu da illik müqayisədə müvafiq olaraq 34,5% və 50% çoxdur.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin birinci yarısının nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Hesabata əsasən, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,9 mln. kubmetr olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR