Bank Of Baku

Cənubi Qafqaz kəməri ilə qazın nəqli bu il 40%-ə yaxın artıb

Cənubi Qafqaz kəməri ilə qazın nəqli bu il 40%-ə yaxın artıb
# 20 iyun 2019 11:31 (UTC +04:00)

Bu ilin yanvar-mayında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 4,21 mlrd. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,8% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövrü Azərbaycanda qazın nəqlinin 35,2%-i Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Ümumiyyətlə, yanvar-may aylarında magistral qaz kəmərləri ilə 12 mlrd. kubmetrə yaxın qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,9% artım müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR