Bank Of Baku

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər kəskin azalıb

Cənubi Qafqaz Boru Kəməri üzrə əsaslı xərclər kəskin azalıb
# 01 avqust 2019 17:56 (UTC +04:00)

Bu ilin ilk yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü 28 mln. kubmetrdən çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3% çoxdur.

“BP Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 20 mln. ABŞ dolları əməliyyat (11%-lik artım) və 24 mln. dollar (10 dəfə azalma) əsaslı xərclər sərf edilib.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə ötən ilin iyununda başlayıb.

CQBK və CQBKG-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “SGC Midstream” (6,7%), PETRONAS (15,5%), “Lukoil” (10%) və NICO (10%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR