Çexiya 2025-ci ilin yazında Rusiya Federasiyasından neft tədarükündən asılılıqdan qurtulacaq.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib.
"2022-ci ildə biz Rusiya qazından asılılığımızdan qurtulmuşuq və gələn ilin yazında Rusiya neftindən eyni müstəqilliyə nail olacağıq", - baş nazir qeyd edib.
Onun sözlərinə görə, bu, TAL Trans-Alp neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsindən sonra baş verəcək.
Onu da qeyd etmək lazımdır ki, Çexiya bizim ölkədən də neft tədarük edir və Azərbaycanın neft ixracında üçüncü yerdə qərarlaşıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan Çexiyaya 597 150,36 mln. ABŞ dolları dəyərində 941 737,86 ton neft ixrac edib.