Çin bu ilin oktyabr ayında kömür idxalını təxminən iki dəfə artırıb.
"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Çinin Baş Gömrük İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Pekin keçən ay xarici təchizatçılardan 26,9 mln. ton kömür alıb ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 96,2% çoxdur.
Eyni zamanda, sentyabr ayı ilə müqayisədə oktyabrda Çin kömürün idxalını 18,2% azaldıb. Ümumilikdə, yanvar-oktyabr aylarında Çin 257,34 mln. ton kömür idxal edib ki, bu da illik müqayisədə 1,9% çoxdur.