“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb
# 28 noyabr 2023 10:04 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşlı” yataqları blokunda (AÇG) yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 mln. tondan artıq neft hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə platformadan 24 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

“Platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barrel təşkil edib”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. AÇG bloku Xəzər dənizinin Azərbaycan sektorunda ən iri #neftqaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 km şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 mln. ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1,072 mlrd. ton proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR