Bank Of Baku

Deputat: 2022-ci ildə qaz limitlərinin sıfırlanması yubandı, 2023-cü ilin əvvəlində problem olmasın

Deputat: 2022-ci ildə qaz limitlərinin sıfırlanması yubandı, 2023-cü ilin əvvəlində problem olmasın
# 16 dekabr 2022 12:57 (UTC +04:00)

Milli Məclisdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi gündəmə gətirilib.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib ki, 2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq.

Deputat xatırladıb ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubandı: “Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir və limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”.

Deputat Qənirə Paşayeva da qazla bağlı problemləri diqqətə çatdırıb: “Ölkə ərazisində qazlaşma prosesi yekunlaşmalıdır. Seçicilərlə görüşə biz gedirik, qurumlar seçicilərə cavab vermir. Tovuz rayonunda elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir. Tovuzda 2 781 evə ümumiyyətlə hələ qaz verilmir. Cavabdeh qurum deyir ki, vətəndaş özü qazı çəksin. Niyə vətəndaş qaz çəkməlidir?! İcra hakimiyyəti də, deputat da Baş nazirə, aidiyyəti qurumlara məktub yazıb, amma məsələyə baxılmır. Təklif edirəm ki, bu sahəyə cavabdeh qurumlar gəlib Milli Məclisdə cavab versinlər. Aidiyyəti qurumları parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə dəvət edək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR