Bank Of Baku

Deputat: "Qazın qlobal bahalaşması fonunda tədarükün şaxələndirilməsi zəruridir"

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 22 fevral 2022 14:31 (UTC +04:00)

Azərbaycan Cənub Qaz Dəhlizinin əsas stimullaşdırıcısı kimi strateji rol oynamaqda və Avropaya təhlükəsiz, stabil və sərfəli enerji tədarükü üçün səylərini davam etdirir. Qaz qiymətlərinin qlobal səviyyədə son artımı tədarükün şaxələndirilməsinin zəruriliyini bir daha nümayiş etdirib.

APA xəbər verir ki, bunu İrəvanda AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında çıxış edən Azərbaycanın nümayəndə heyətinin üzvü deputat Soltan Məmmədov deyib.

Deputat Qərbi Balkanlar da daxil olmaqla, Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru mümkün genişləndirilməsinin araşdırılmasında bütün maraqlı tərəflərin səylərini vurğulayıb: "Növbəti addım olaraq, Cənub Qaz Dəhlizinin gələcəkdə hər hansı genişləndirilməsinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək bütün kommersiya, ekoloji, texniki, tənzimləmə və iqlimlə bağlı məsələlərin qiymətləndirilməsi vacibdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR