Bank Of Baku

Digər OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasına qoşula bilər

Digər OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasına qoşula bilər
# 03 aprel 2023 16:52 (UTC +04:00)

Rusiya baş nazirinin müavini Aleksandr Novak “OPEC+” sazişində iştirak edən digər ölkələrin neft hasilatının əlavə könüllü azaldılmasına qoşula biləcəyini istisna etməyib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, digər ölkələr də bazarı sabitləşdirmək üçün, zəruri hesab etsələr, özlərinə aid bəzi əlavə ixtisarlara qoşula bilər.

Bundan əvvəl bir neçə “OPEC+” ölkəsi (9 ölkə - red.) may ayından 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını könüllü azaldacaqlarını açıqlamışdı. Rusiyanın payı da daxil olmaqla ümumi azalma sutkada 1,66 mln. barel təşkil edəcək. Bu həcm 2022-ci ilin noyabr ayından etibarən qüvvədə olan 2 mln. barel azalmaya əlavə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR