Bank Of Baku

Dövlət başçısı: “Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır”

Dövlət başçısı: “Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır”
# 01 avqust 2019 10:35 (UTC +04:00)

“İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Dövlət başçısı vurğulayıb ki, bu sahədə də çox önəmli addımlar atılıb: “Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcək. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR