Bank Of Baku

Dövlət Neft Fondu bu il valyuta satışını 8%-dən çox azaldıb

Dövlət Neft Fondu bu il valyuta satışını 8%-dən çox azaldıb
# 03 iyun 2019 15:10 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-may aylarında 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.

ONA-nın apardığı hesablamalara görə, bu göstərici ötən ilin yanvar-may ayları ilə müqayisədə 207,6 mln. dollar və ya 8,2% azdır.

Qeyd edək ki, Fond tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 mln. dollar məbləğində vəsait satılıb. Bu ilin aprel ayı ilə müqayisədə Fond tərəfindən satılan dolların həcmi 20,2% azalıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 20% yaxın azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR