Dövlət Neft Fondunun bu il “Şahdəniz”dən əldə etdiyi gəlir 1,3 mlrd. dolları ötüb

Dövlət Neft Fondunun bu il “Şahdəniz”dən əldə etdiyi gəlir 1,3 mlrd. dolları ötüb
# 07 dekabr 2023 16:23 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 3,61% azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 357 mln. ABŞ dollarına bərabər olub.

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.12.2023 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR