Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilib

Dövlət Neft Fondunun İcraçı direktoruna müavin təyin edilib
# 13 iyun 2024 15:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Bu barədə “APA-Economics”ə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR