Bank Of Baku

Dünya bazarında neft 88 dollara kimi ucuzlaşıb

Dünya bazarında neft 88 dollara kimi ucuzlaşıb
# 29 avqust 2026 08:42 (UTC +04:00)

Dünya bazarında neft qiymətləri həftənin son ticarət sessiyasını ucuzlaşma ilə başa vurub.

APA-Economics” xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,42 dollar və ya 0,47% azalaraq 88,10 ABŞ dollarına düşüb.

ABŞ-ın “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,13 dollar və ya 0,16% azalaraq 83,40 dollar təşkil edib.

Neftin ucuzlaşması Hörmüz boğazında tədarükün normallaşacağına dair gözləntilərin güclənməsi və Yaxın Şərqdə diplomatik səylərin davam etməsi fonunda təkliflə bağlı narahatlıqların azalması ilə əlaqələndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR