Dünya bazarlarında neft cüzi bahalaşıb

Dünya bazarlarında neft cüzi bahalaşıb
# 09 aprel 2024 09:45 (UTC +04:00)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,2% artaraq 1 barelə görə 90,56 ABŞ dolları təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,14% artaraq 86,55 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR