Bank Of Baku

Dünyada NEZ-lərin məhsuldarlığı son iki ilin ən yüksək səviyyəsinə çatıb

Dünyada NEZ-lərin məhsuldarlığı son iki ilin ən yüksək səviyyəsinə çatıb
# 14 dekabr 2022 15:03 (UTC +04:00)

Dünyada neft emalı zavodlarının (NEZ) gündəlik məhsuldarlığı noyabrda gündəlik 82,3 mln. barelə çatıb ki, bu da 2020-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, noyabrda dünyada NEZ-in gündəlik məhsuldarlığı noyabrda 2,2 mln. barel artıb.

Qeyd olunur ki, istehsalın artımı Avropada təmir və tətillərin tamamlanması və Çində yeni istehsalat güclərinin işə salınması sayəsindədir.

Hesabata əsasən, 2023-cü ildə NEZ-in gündəlik məhsuldarlığında ortalama 1,6 mln. barel artım olacaq. Eyni zamanda, 2022-ci ildə bu göstərici 2,3 mln. barel artacaq.

“Neft məhsullarının profisitinin gələn ilin birinci rübündə qalacağı gözlənilir”, - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR