Bu ilin oktyabr ayında dünyada neft və qaz hasilatı üçün quraşdırılmış işlək qazma qurğularının sayı illik müqayisədə 116 vahid və ya 6,1% azalaraq, 1 777-ə enib.
Bu barədə "APA-Economics" "Baker Hughes" neft-qaz servis şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin sentyabr ayı ilə müqayisədə, hesabat dövründə qazma qurğularının sayı 17 vahid və ya 1%-ə yaxın artıb.