Bank Of Baku

Dünyanın əsas LNG ixracatçıları açıqlanıb - TOP-3

Dünyanın əsas LNG ixracatçıları açıqlanıb - TOP-3
# 12 yanvar 2022 11:22 (UTC +04:00)

Avstraliya 2021-ci ildə Qətəri keçərək dünyanın ən böyük LNG ixracatçısı olub.

"APA-Economics"in "Kpler" şirkətinin bazar araşdırmasına istinadən verdiyi məlumata görə, Avstraliyanın LNG ixracının həcmi keçən il 3% artaraq 2020-ci ildəki 77,63 mln. tona qarşı 80,23 mln. ton təşkil edib.

Qətər 77,83 mln. tonla ikinci yerdə qərarlaşıb (2020-ci ildə 77,88 mln. ton). ABŞ ardıcıl üçüncü il üçüncü yeri tutur. 2019-cu ildə ABŞ reytinqdə Malayziyanı qabaqlayaraq üçüncü yeri təmin edib. ABŞ-ın LNG ixracı 2021-ci ildə təxminən iki dəfə artaraq əvvəlki illə müqayisədə 70,43 mln. tona yüksəlib.

Avstraliya, Qətər və ABŞ-dan LNG ixracının ümumi həcmi əvvəlki illə (202,85 mln. ton) müqayisədə 12,6% artaraq 228,5 mln. ton təşkil edib. Bu, dünya üzrə ümumi ixracın (382,7 mln. ton) 60%-nə bərabərdir. 2020-ci ildə LNG ixracının ümumi həcmi 362,96 mln. ton təşkil edib.

Reytinqin ilk üçlüyü Asiya ölkələrinə 173,39 mln. ton (ixracın 76%-i), Avropaya – 40,91 mln. ton (18%), Cənubi Amerika ölkələrinə isə 13,98 mln. ton (6%) LNG ixrac edib.

İspaniyaya 30 min tonluq tədarük istisna olmaqla, Avstraliyanın demək olar ki, bütün LNG ixracatı Asiya ölkələrinə yönəlib. Avstraliya qazını ən çox Çin (31,86 mln. ton) və Yaponiya (27,39 mln. ton) idxal edib.

Bu arada Qətər əsasən Asiya (59,12 mln. ton) və Avropaya (16,81 mln. ton) tədarük həyata keçirib, Latın Amerikasına ixracını isə təxminən üç dəfə artıraraq 1,67 mln. tona çatdırıb.

ABŞ-ın Asiyaya LNG tədarükü 34,06 mln. ton (əvvəlki ilə nisbətən 47,6% artım), Avropaya – 24,07 mln. ton (+32%), Latın Amerikasına isə 12,4 mln. ton (iki dəfə çox) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR