Bank Of Baku

EIA 2023-2024-cü illər üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib

EIA 2023-2024-cü illər üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib
# 12 aprel 2023 09:51 (UTC +04:00)

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82,95 ABŞ dollarından 85,01 dollaradək yüksəldib.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 81,21 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 77,57 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 79,24 dollar (öncəki proqnoz – 77,1 dollar), 2024-cü ildə isə 75,25 dollar (öncəki proqnoz – 71,57) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR