Bank Of Baku

EIA 2050-ci il üçün "Brent" neftinin qiymət proqnozunu azaldıb

EIA 2050-ci il üçün "Brent" neftinin qiymət proqnozunu azaldıb
# 04 mart 2022 15:31 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2050-ci il üçün "Brent" etalon markalı neftin qiymətinin üç ssenari üzrə proqnozunu azaldıb.

Bu barədə "APA-Economics" Agentliyin "Annual Energy Outlook 2022" illik hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, maksimal yüksək qiymət ssenari üzrə 2050-ci il üçün "Brent"in bir barelinin ortalama qiyməti 170 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır, bu da öncəki proqnozla (2021-ci ilin fevral ayı) müqayisədə 3 dollar azdır.

Agentliyin baza ssenarisinə görə 2050-ci il üçün "Brent"in qiyməti 90 dollar (öncəki proqnoza görə 95 dollar), aşağı qiymət ssenarisinə görə isə 45 dollar (əvvəlki proqnoza əsasən 48 dollar) səviyyəsində olacağı proqnozlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR