Bank Of Baku

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişməyib

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişməyib
# 09 fevral 2022 09:18 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Economics"in EIA-yə istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 710 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnoza bərabərdir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (yanvar ayında verilib – red.) uyğundur.

Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci ildə sözügedən göstərici 700 min barel səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR