Bank Of Baku

EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu azaldıb

EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu azaldıb
# 11 avqust 2021 09:55 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu dəyişməyib.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,63 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoza bərabərdir.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərə olan gündəlik tələbat 101,25 mln. barel olacaq, bu da ötən proqnozla müqayisədə 0,1 mln. barel azdır.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehlak 92,3 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR