Bank Of Baku

EIA neft qiymətləri üzrə proqnozunu korrektə edib

EIA neft qiymətləri üzrə proqnozunu korrektə edib
# 11 avqust 2021 09:27 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu korrektə edib.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 68,71 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 0,07 dollar azdır.

EIA-in proqnozuna əsasən, 2022-ci ildə "Brent" neftinin qiyməti 66,04 dollar səviyyəsində olacağı gözlənilir (0,6 dollarlıq azalma).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata əsasən, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 65,93 dollar (ötən proqnoza əsasən 65,85 dollar) səviyyəsində olacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstəricinin 62,37 dollara çatacağı gözlənilir (öncəki proqnoz 62,97 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR