Bank Of Baku

EIA Qazaxıstanın neft hasilatı üzrə proqnozunu korrektə edib  

EIA Qazaxıstanın neft hasilatı üzrə proqnozunu korrektə edib  
# 09 fevral 2022 17:22 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Qazaxıstan üzrə 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi yüksəldib.

"APA-Economics" EIA-in aylıq hesabatına istinadən verdiyi xəbərə görə, gələn il Qazaxıstanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2,02 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisindən 0,01 mln. barel çoxdur.

Hesabata əsasən, cari il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 2,01 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstərici 2 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.

Qeyd edək ki, ötən il Qazaxıstanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 1,87 mln. barel təşkil edib. EIA-in hesablamalarına görə, 2020-ci ildə Qazaxıstanda ortalama gündəlik neft hasilatı 1,86 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 1,97 mln. barel təşkil edib.

EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, Qazaxıstan neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyadan əvvəlki səviyyəni artıq 2022-ci ildə ötəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR