Bank Of Baku

EIA qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb

EIA qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb
# 08 may 2024 11:47 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,84 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,07 mln. barel azdır.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik neft tələbatının 104,26 barel səviyyəsində olacağının ehtimal edir (proqnoz dəyişməyib).

Qeyd olunur ki, 2023-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101,92 mln. barel təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. Barel, 2020-ci ildə - 91,81 mln. Barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR