Bank Of Baku

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb
# 20 aprel 2022 11:00 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 852,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 2,2% çoxdur.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 108,6 mln. manat təşkil edib, bu da 10,2% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 614,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Hesabat dövründə ölkə üzrə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 444,3 mln. manat təşkil edib, bu da 18,2% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR