Bank Of Baku

Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 2,5 mlrd. manatı ötüb

Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər 2,5 mlrd. manatı ötüb
# 18 noyabr 2024 17:04 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 516,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,4%-lik azalma müşahidə olunub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 519,3 mln. manat təşkil edib, bu da illik müqayisədə 8% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR