Bank Of Baku

Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb

Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb
# 02 iyun 2025 18:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olundu, perspektivli neft-qaz layihələri nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR