Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (fevral müqavilələri üzrə) 1,58% artaraq, 1 869,7 ABŞ dollarına bərabər olub.
Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) 2,38% artaraq, 23,98 dollar təşkil edib.