Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,72% azalaraq, 1 917,4 ABŞ dollarına bərabər olub.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0,01% azalaraq, 21,88 dollar təşkil edib.