Bank Of Baku

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib - YENİLƏNİB

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib - YENİLƏNİB
# 23 sentyabr 2025 12:41 (UTC +04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 3 800 ABŞ dollarını ötərək tarixi maksimumunu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,69% artaraq 3 801,2ABŞ dollarına bərabər olub.

***

09.03

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% artaraq 3 780,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,23% azalaraq 44,23 ABŞ dolları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR