Bank Of Baku

Əmtəəlik qaz hasilatı 4% artıb

Əmtəəlik qaz hasilatı 4% artıb
# 15 mart 2024 10:53 (UTC +04:00)

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 6 538,9 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1,3% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 6 106,2 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,5% azdır.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 762 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 305,6 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq aylarə ilə müqayisədə 6,7% azalıb, əmtəəlik qaz hasilatı isə 4% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 4 772,5 min ton neft (6,7% azalma) və 8 245,7 mln. kubmetr qaz (3% artım) hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR