Bank Of Baku

Energetika naziri Çinə səfər edib

Energetika naziri Çinə səfər edib
# 17 oktyabr 2023 11:27 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.

Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR