Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun dəvəti ilə 23 may tarixində bu ölkəyə səfər edib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında energetika sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.