Cənub Qaz Dəhlizi uğurlu layihə olduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.
O bildirib ki, CQD vasitəsilə Türkiyə və bir sıra Avropa ölkələrinə qaz nəql olunur ki, onun da həcmi qarşıdakı dövrdə artacaq.
Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanın Xəzər dənizində nəhəng qaz yataqları var və infrastruktur hazırdır.
"Şirkətlər Azərbaycanla energetika sahəsində əməkdaşlığa çox böyük maraq göstərir", - nazir əlavə edib.
Nazir onu da qeyd edib ki, siyasi münaqişələr neft-qaz bazarında qeyri-sabitliyə səbəb olub.