Bank Of Baku

Energetika naziri: “Xəzər dənizindəki yataqlarımızda 2,6 trilyon kubmetr ehtiyatımız var”

Energetika naziri: “Xəzər dənizindəki yataqlarımızda 2,6 trilyon kubmetr ehtiyatımız var”
# 12 mart 2022 15:43 (UTC +04:00)

Azərbaycanın Cənub Qaz Dəhlizinin genişlənməsinə dair uzun uzunmüddətli planı mövcuddur.

APA xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.

Nazir qeyd edib ki, Azərbaycanın qardaş ölkə Türkiyə və Avropanın qazla təmin etməyə qadirdir.

“Azərbaycanın nəhəng qaz ehtiyatları var. Xəzər dənizindəki yataqlarımızda 2,6 trilyon kubmetr ehtiyatımız var. Bu özümüzü, Türkiyəni və Avropanı uzun zaman boyunca qaz ilə təmin etmək üçün yetərlidir”.

Nazir əlavə edib ki, Azərbaycan Türkiyə üçün qısa zamanda qaz nəqlinin həcmini artırmasını Avropa üçün də eyni qaydada edə bilməz, bunun üçün tərəflər danışıqlar aparmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR