Bank Of Baku

Energetika nazirləri türkmən qazının Avropaya nəqlinə dair maliyə məsələlərini müzakirə edəcəklər

Energetika nazirləri türkmən qazının Avropaya nəqlinə dair maliyə məsələlərini müzakirə edəcəklər
# 15 dekabr 2022 14:14 (UTC +04:00)

TANAP boru xəttinin həcmi artıq 32 milyard kubmetr çatdırılıb, TAP isə 6 milyard kubmetr qaz ilə doldurulub.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, indi türkmən qazının Azərbaycan və Türkiyə ərazisi ilə Avropaya nəqlinə dair Azərbaycan və Türkmənistan arasında danışıqlar gedir. Ərdoğan əlavə edib ki, üç ölkənin energetika nazirləri məsələnin maliyyə tərəfini müzakirə edəcək.

Bundan əlavə, Türkiyə liderinin sözlərinə görə, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ilin əvvəlində Türkiyəyə səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR