Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev öz xahişi ilə direktor müavini vəzifəsinə keçirilib.
"APA-Economics" xəbər verir ki, onun yerinə nazirin müşaviri Cavid Abdullayev agentliyin direktoru vəzifəsini müvəqqəti icra edəcək.
Bundan əlavə, digər müşavir Xalidə Məsimova Energetika Nazirliyi Aparatı rəhbərinin müavini təyin olunub.