Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri məlum olub.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
- energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;
- energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;
- energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;
- bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;
- enerji istehlakçılarının hüquqlarının müdafiəsi;
- energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.