Bank Of Baku

Enerji böhranı dünyanın neftdən uzaqlaşmasını sürətləndirəcək - PROQNOZ

Enerji böhranı dünyanın neftdən uzaqlaşmasını sürətləndirəcək - PROQNOZ
# 16 mart 2022 14:55 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) hazırkı enerji böhranının dünyanın neftdən uzaqlaşmasını sürətləndirə biləcəyini ehtimal edir.

Bu barədə "APA-Economics" IEA-in hesabatına istinadən xəbər verir.

"Mövcud böhran enerji bazarları üçün böyük çağırışlar yaradır, eyni zamanda, imkanlar da təqdim edir. Əslində, iqtisadi və enerji təhlükəsizliyi amillərinin birləşməsi neftdən uzaqlaşmanı üçün real şərait yarada bilər", - hesabatda qeyd olunur.

Hesabata əsasən, hökumətlərin və istehlakçıların qısa müddətdə neftə olan tələbatını azaltmaq və bununla da gərginliyin səngiməsi üçün edə biləcəyi konkret tədbirlər var.

"IEA bu həftə ərzində bunu necə etməsi barədə öz tövsiyələrini təqdim edəcək", - hesabatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR