Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 993,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,9%-lik artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-avqust aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 369,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,6% artım deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.
2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.