Bank Of Baku

Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 2,2 mlrd. manatı ötüb

Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 2,2 mlrd. manatı ötüb
# 13 oktyabr 2023 14:09 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 218,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,4%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-sentyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 418,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 14,4% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR